Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xaçmaz rayonunda monitorinq aparıb. Bu haqda ShimalNews 19 avqust tarixində quruma istinadən məlumat verir.

Yoxlamalar ticarət və iaşə obyektlərində keçirilib. Ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən olunub. Monitorinq nəticəsində Xaçmazda nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Ticarət obyeki: 

Xaçmaz şəhəri, H.Əliyev küçəsi, “Bizim” market;

İctimai iaşə müəssisəsi:

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, “Kral” dönər evi.

Hər iki obyektdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən edilib. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.