Quba-Xınalıq yoluna qaya parçaları düşüb. Bu haqda ShimalNews 19 avqust tarixində Apa-ya istinadən məlumat verir.

Axşam saatlarından başlayaraq şimal bölgəsində güclü yağışlar yağır. Qaya parçaları isə yola sel suları nəticəsində düşüb. Yolun bəzi hissələri qısa müddət ərzində bağlı qalıb.

Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda işlər davam etdirilir.