Quba-Xınalıq yoluna düşən güclü dolu və leysan yağış bir sıra fəsadlar törədib. Bu haqda ShimalNews 19 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

“Yolun 36-cı km-də 2 su ötürücüsünü sel suları tam dağıdıb, 39-cu km-də yolun çiyin hissəsi tam dağılıb. 42-ci km-də təpədən axıb gələn qaya parçaları və palçıq layı yolun hərəkət hissəsini bağlayıb”, –  5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib.

Sultanov həmçinin qeyd edib ki, yolun açılması üçün  gecə saatlarında əraziyə xüsusi avtomobillər və insan qüvvəsi cəlb edilib. İşlər gün ərzində davam edəcək.