Qubadan olan 44 günlük Vətən müharibəsi şəhidi Musa Məhəmmədovun qardaşı və bacısı dünyaya gəlib. Bu barədə ShimalNews 19 avqust tarixində məlumat verir.

Dünyaya yeni göz açan oğul övladına 47 yaşlı Rübabə Məhəmmədova Musanın adını verib, qız uşağına isə Alisa adı qoyub. Körpələr avqustun 7-si anadan olublar.

Musa 2002-ci il iyunun 18-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. O, oktyabrın 2-də Goranboy rayonu Buzluq kəndi istiqamətində düşmənlə təmas xəttində – bizim “Cəngavər” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar yerinə yetirən zaman həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır.

Məhəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif olunub.