Qubada oğul atasını balta ilə qətlə yetirib. Bu haqda ShimalNews 19 avqust tarixində BakuTV-yə istinadən məlumat verir.

Hadisə Sofikənd kəndində baş verib. Rəvan Ramazanov Rayon Polis Şöbəsinə gələrək  51 yaşlı atası Sadiq Ramazanovu öldürdüyünü etiraf edib.

Ata ilə oğul arasında mübahisənin yaranmasına səbəb isə at olub. 27 yaşlı oğul ata işgəncə verdiyinə görə atası Sadiq ona etirazını bildirib və onu söyərək təhqir edib. Uzun sürən sözləşmədən sonra oğul baltanı götürərək atasına 3 zərbə endirib. Atasını qətlə yetirdikdən sonra Rəvan baltanı hadisə yerində ataraq oradan uzaqlaşıb.

Rəvan Ramazanov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.