Qubalı MMA döyüşçüsü Zəfər Abdurrahmanov növbəti qələbəsini qazanıb. Bu haqda ShimalNews 19 avqust tarixində məlumat verir.

Dünya reytinqinin “TOP-20”də yer alan Qazaxıstanın bir nömrəli liqası “Octagon” Bakı şəhərində “ASED FC” ilə birlikdə turnir keçirib. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gürcü Nika Kalandadzeni məğlub edərək turnirin qalibi olub.

Daha öncə döyüşçümüz erməni idmançısı ilə üz-üzə gəlmiş və onu darmadağın etmişdir.