Quba rayonunun Bağbanlı qəsəbəsində inşa edilən məktəbdə son tamamlanma işləri aparılır. Bu haqda ShimalNews 19 avqust tarixində məlumat verir.
Hazırda tikilən yeni binada daxili təmir işləri həyata keçirilir. Binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədərki hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq. Məktəbin qarşıdan gələn tədris ilində istifadəyə veriləcəyi gözlənilir.
Rövşən Mütəllimov adına tam orta məktəbin köhnə binası 54 il öncə istifadəyə verilib. Yeni binanın tikintisinə 2022-ci ilin oktyabr ayından başlanılıb.