Qubada tullantıları urnalardan kənara atan şəxslər aşkarlanıblar. Bu haqda ShimalNews 19 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə RPŞ-nin əməkdaşları nəzarət-profilaktik tədbirlər keçiriblər. Bu zaman məişət tullantılarını xüsusi qabdan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan iki nəfər şəxs müəyyən olunub.
Yaxalanan şəxslərlə profilaktiki söhbətlər aparılıb. Onların barəsində qanunamüvafiq tədbir görülüb.