Qusarda “Şahdağ Motosiklet Festivalı” keçirilir. Bu haqda ShimalNews 19 avqust tarixində məlumat verir.
Ölkənin hər bölgəsindən bura motosiklet həvəskarları təşrif buyurublar. Buraya gələn qonaqlar üçün müsabiqələr təşkil edilir. Festival müxtəlif lokasiyalarda baş tutacaq.
Bu gün saat 20:00-da «Dervish Band» musiqi qrupunun yeni heyətlə konserti, saat 22:00-da isə DJ Yaponun çıxışı festivala rəng qatacaq.
Tədbirin təşkilatçıları Azərbaycan Motoklublar Birliyi, “Rənglər masası” və “Şahdağ Turizm Mərkəzi”dir.

