Bu gün İsmayıllının meşə ərazisi tullantılardan təmizlənib. Bu barədə ShimalNews 19 avqust tarixində Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
İşlər Xanagah kəndinin yaxınlığında aparılıb. İməcilikdə dövlət qurumları və fəal gənclər iştirak ediblər. Toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və RİH-nin birgə təşkilatçılığı ilə keçirilib.