İsmayıllıda dövlət əmlakı yenidən auksiona çıxarılacaq. Bu barədə ShimalNews 19 avqust tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Soltankənd kəndində yerləşən Yaradıcılıq Evi hərracda təkrar təqdim ediləcək. Əmlakın ilkin satış qiyməti 15.000 manat təşkil edir. Tikilinin ümumi sahəsi 673,7 kv.m-dir.
Auksion 19 sentyabr saat 10:00-da keçiriləcək. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə linkdən tanış ola bilərsiniz. Sənədlər hərracın başlanmasına ən geci 3 iş günü qalanadək təqdim olunmalıdır.
Ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 46, əlaqə telefonu: (kod 02028) 5-64-64.