İsmayıllı rayon icra başçısı şəhidimiz Səməd Hüseynzadənin ev-muzeyini ziyarət edib. Bu haqda ShimalNews 19 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Nahid Bağırov şəhidin anası ilə qəhrəman haqda xatirələri bölüşüb, döyüşdə göstərdiyi şücaətlərdən danışıblar.

Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Vətən müharibəsində iştirak edən Səməd  Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub.

Səməd Hüseynzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.