FHN-in Şimal Regional Mərkəzi təlim keçirib. Bu barədə ShimalNews 19 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Tədbirdə nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri iştirak ediblər.

Təlimin keçirilməsidə məqsəd baş verə biləcək fövqəladə hadisələrlə mübarizə üzrə qarşılıqlı fəaliyyətin təşkili, hündürmərtəbəli binalardan, kimyəvi zəhərlənmə ocaqlarından, sel, yanğın, torpaq sürüşməsi və digər mövzularla tanışlıq olub.