Bu gün Xaçmazda Azərbaycan Sərhəd Mühafizəsinin 104 illiyi qeyd edilib. Bu barədə ShimalNews 18 avqust tarixində Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.

Tədbir çərçivəsində RİH başçısının birinci müavini Anar Oruclu, DSX-nin Xudat şəhərində yerləşən sərhəd dəstəsinin komandiri polkovnik Murad Nağıyev və sərhəd dəstəsinin şəxsi heyəti Heydər Əliyevin abidəsini ziyarət ediblər.

1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul edilib. Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə həmin gün – avqustun 18-i hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.