Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vakansiya elan edir. Bu barədə ShimalNews 18 avqust tarixində TƏBİB-ə istinadən məlumat verir.

Həkim-uroloq vəzifəsi üzrə müraciət etmək üçün aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

  • şəxsiyyəti təsdiq edən sənədin surəti,
  • əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla)

CV və tələb olunan sənədləri [email protected] email ünvanına göndərən zaman vəzifənin adı və iş yeri (məsələn: Xaçmaz Rayon Mərkəzi Xəstəxanası) qeyd edilməlidir.

Son müraciət tarixi: 15 sentyabr 2023-cü il.

TƏBİB İT təhlükəsizliyi səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenlərdən məktub qəbul etmir.