Xaçmaz rayonunda Ağır Atletika İdman Klubunda idmançıların nümunəvi çıxışları baş tutub. Bu haqda ShimalNews 18 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.

Çıxışlar Pirquluoba kəndindəki Vətən müharibəsi şəhidi gizir Orxan Çobanovun  xatirəsinə yaradılan klubda təqdim edilib. Burada idmançılarla görüşə RGİİ-nin rəisi Nəcəf Novruzov gəlib. Klubun üzvləri ona müxtəlif idman avadanlıqlarında məşqlərini və kikboksinq üzrə ustalıqlarını nümayiş ediblər.

Görüşdən sonra Nəcəf Novruzov və klubun üzvləri şəhidimizin məzarını ziyarət edibər.