Sabah Xaçmaz rayonunda iməcilik keçiriləcək. Bu barədə ShimalNews 18 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
Təmizlik işləri Xudat meşəbəyliyində baş tutacaq. Tədbirdə yerli əhali, dövlət qurumlarının və təşkilatların əməkdaşları iştirak edirlər.
Ekologiya Nazirliyi hər kəsi təbiət qoynunda dincələrkən təmizliyə riayət etməyə çağırır.