Qusardan olan Vətən müharibəsi şəhidi Ənvər Şıxəliyevin qardaşı dünyaya gəlib. Bu barədə ShimalNews 18 avqust tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Ənvər 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 29-da Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə şəhidlik zirvəsinə ucalıb. Qusar rayonunda dəfn olunub.

Ə.Şıxəliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.