Ötən gün zəhərlənmə hadisəsi baş verdiyi deyilən “De lux Park Qusar” İstirahət Mərkəzi yayılan məlumatı təkzib edib. Bu haqda ShimalNews 18 avqust tarixində Trend-ə istinadən məlumat verir.
5 nəfərin zəhərləndiyi qeyd olunan hotelin rəsmisi Ruslan Əsgərov bildirib ki, hadisənin adı hallanan istirahət mərkəzi ilə əlaqəsi yoxdur. Hadisə digər istirahət zonasında baş verib. O, zərərçəkənlərin də bunu təsdiqləyə biləcəklərini qeyd edib.
TƏBİB-dən bildirilib ki, hazırda 2 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.