Quba rayonunun Qırmızı qəsəbə ərazisinə bir qrup fəal gənclərin ekskursiyası təşkil edilib. Bu haqda ShimalNews 18 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.

Ekskursiya RGİİ-nin və Regional İnkişaf İctimai Birliyinin Quba Regional Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Səfər çərçivəsində gənclər qəsəbədə yerləşən tarixi sinaqoq, Dağ yəhudilərinin muzeyi, qədim tağlı körpü və digər tarixi memarlıq abidələrini ziyarət ediblər.

Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili və onların ictimai həyatda iştirakının artırılması olub.