Qubada direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək. Bu haqda ShimalNews 18 avqust tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Müsahibə mərhələsinə şagird sayı 500 nəfərədək olan ümumi təhsil müəssisələri üzrə 29 namizəd və şagird sayı 150-dək olan ümumtəhsil müəssisələri üzrə 19 namizəd dəvət olunub.

Tədbirin tarixi və saatı ilə bağlı namizədlərin mobil nömrələrinə sms bildirişi göndərilib. Müsahibə Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə keçiriləcək.