İsmayıllıda kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil olunub. Bu barədə ShimalNews 18 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.
Tədbir Sumağallı kəndində baş tutub. İştirakçıların təklif və sualları yerindəcə aydınlaşdırılıb. Həmçinin onlar dövlət dəstəyi mexanizmləri, güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıblar.
Görüşdə aşağıda göstərilən qurumlar iştirak ediblər:
- Rayon İcra Hakimiyyəti;
- İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan Regional bölməsi;
- İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu;
- Dövlət Aqrar İnkişaf Mərkəzi;
- Aqrar Kredit və İnkişaf Agentliyi;
- “Aqrar Siğorta Müştərək Siğorta Şirkəti” ASC;
- Dövlət Məşğulluq Agentliyi.