İsmayıllıdan olan şəhid Qədim Xəlilovun xatirəsinə mərasim təşkil edilib. Bu barədə ShimalNews 18 avqust tarixində məlumat verir.
Mərasimdə Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.
Qədim Xəlilov 20 avqust 2002-ci ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olub və İsmayıllıda dəfn edilib.