İsmayıllıda qadın intihara cəhd edib. Shimal.news bu barədə 18 avqust tarixində Patrul.az-a istinadən xəbər verir.

Hadisə bu gün saat 16:00 radələrində rayonun Ərəgit kəndində baş verib. Kənd sakini, 63 yaşlı Gülxar Məmmədova yaşadığı evdə özünü asıb. Ailə üzvləri son anda kəndiri onun boğazından çıxarıblar. Komaya düşən qadın İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Məlumata görə, Gülxar Məmmədova həyat yoldaşı Şakir Məmmədov tərəfindən döyüldüyünə, işgəncələrə dözə bilmədiyinə görə özünü öldürmək istəyib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. İsmayıllı rayon Prokurorluğu araşdırma aparır.