İsmayıllıda faydalı qazıntı yatağı auksiona çıxarılacaq. Bu haqda ShimalNews 18 avqust tarixində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən məlumat verir.

Sentyabrın 27-də yerin təkinin istifadəyə verilməsi üzrə auksionda “Bilistan II” (3,1 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə linkdən tanış ola bilərsiniz. Sənədlər 20 sentyabr 2023-cü il saat 18:00-dək Bakı KOB evinə təqdim edilməlidir.