Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qubada vətəndaşların qəbulunu keçirib. Bu haqda ShimalNews 18 avqust tarixində quruma istinadən məlumat verir.
Qəbul zamanı müraciətlər, əsasən, avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşın müraciətləri dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qurumun balansında olmayan küçə və yollara aid şikayətlərlə bağlı aidiyyəti üzrə yerli strukturlara müraciət etmələri tövsiyə olunub.