Xaçmazda “Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsi təşkil ediləcək. Bu haqda ShimalNews 17 avqust tarixində “Genclerindostlari”na istinadən məlumat verir.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq bu tədbir 7-12 sentyabr tarixlərində baş tutacaq. Düşərgənin təşkilində məqsəd kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etmək, media sahəsində gənclərin bilik və bacarıqlarını artırmaq, kreativ gənclər şəbəkəsini formalaşdırmaqdır.
5 günlük düşərgədə:
rəqəmsal marketinq və brendinq,
kommunikasiya bacarıqları,
kreativ düşüncə və yaradıcılıq,
sosial media, yeni trendlər və digər müxtəlif sessiyaların həyata keçirilməsi planlaşdırılıb.
Layihədə 17-25 yaş aralığında 80 nəfər gəncin iştirakı nəzərdə tutulur. Düşərgədə iştirak etmək üçün linkə daxil olaraq, qeydiyyatdan keçmək lazımdır.