Xaçmazda sakinlər tərəfindən çox istifadə olunan parkın işıqlandırılması bərpa edilib. Bu haqda ShimalNews 17 avqust tarixində Xaçmaz İƏD-yə istinadən məlumat verir.

Bir necə gün öncə Şəxsiyyətlər parkında işıqlandırma ilə bağlı problem yaranmış, nəticədə istirahət guşəsi işıqsız qalmışdır.

Məsələnin gec həll olunmasına səbəb həm naqillərdə, həm küçə lampalarında, həm də transformatorda qısaqapanma ilə əlaqədar olub.