Xaçmazın icra başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri Seyidlikəndyeri kəndində vətəndaşlarla görüşüblər. Bu barədə ShimalNews 17 avqust tarixində RİH-yə istinadən məlumat verir.
Qəbulda Seyidlikəndyeri, Aslanoba, Xuray və Aşağıoba kəndlərinin sakinləri iştirak ediblər. Onlar yolların təmirinə, yeni inşa edilən fərdi yaşayış evlərinin sənədləşdirilməsinə köməklik göstərilməsi, məktəb binasının elektrik xətlərinin yenilənməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. İcra başçısı qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlarını verib.