Xaçmazda fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub. Bu barədə ShimalNews 17 avqust tarixində Report-a istinadən məlumat verir.

Məlumata görə, Quba rayonu Zərdabi qəsəbə sakini, 21 yaşlı Muxtar Tele-zadəyə bədbəxt hadisə üz verib. O, çörək zavodunda işdə olduğu zaman ehtiyatsızlıqdan qolu xəmirqarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.