Bu gün jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Bu haqda ShimalNews 17 avqust tarixində Bakupost.az -a istinadən məlumat verir.

İclas 10:00-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutacaq.

Cəmil Məmmədli ötən il dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı əl və ayaqla xəsarətlər yetirmək və anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməkdə ittiham edilir.

Jurnalistə qarşı dələduzluq – xeyli miqdarda ziyan vurmaq, hədə-qorxu ilə tələb etmə, təkrar hədə-qorxu ilə tələb etmə və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. Cəmil bu ittihamları rədd edir.