Quba, Qusar və Xaçmaz rayonlarının Fövqəladə Hallar Nazirliyi (FHN) nümayəndələri maarifləndirici tədbirlər keçiriblər. Bu barədə ShimalNews 17 avqust tarixində məlumat verir.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional idarəsində, Qusar rayonunun Aşağı Ləyər kəndi və Quba rayonunun Qələdüz və Küpçal kəndlərinin ərazilərində yanğın təhlükəsizliyinə aid mövzular gündəmə gətirilib.
Meşə təsərrüfatlarında təşkil edilən görüşlərdə həkimlər və texniki heyət, yerli icra hakimiyyəti nümayəndələri, meşə təsərrüfatı idarələrinin işçiləri iştirak ediblər.
Tədbirdə yanğınların başvermə səbəbləri və onun qarşısının alınması yolları haqda məlumat verilib. Həmçinin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
