Bu gün Quba Rayon İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimov vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 17 avqust tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Yerfi kəndində təşkil edilib. Burada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilib.