Bu gün şəhid mayor Sənan Zamanovun xatirəsi anılır. O, 17 avqust 1987-ci ildə Qusar rayonunun Çiləgir kəndində anadan olub.

Sənan Zamanov 2009-cu ildən başlayaraq taqım və bölük komandiri vəzifələrinə təyin edilib və mayor rütbəsinə qədər yüksəlib. 2019-cu ildən mayor S.Zamanov xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib.

Vətən müharibəsində komandir vəzifəsini tutub. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 1-də Suqovuşan uğrunda gedən döyüşlərdə mərdliklə şəhidlik zirvəsinə ucalıb. Qusar rayonunun Çiləgir kəndində dəfn edilib.

Zamanov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.