Qusar rayonunda yerləşən istirahət mərkəzində 5 nəfər zəhərlənib. Bu barədə ShimalNews 17 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Caqar kəndində, “Park Qusar” İstirahət Mərkəzinin ərazisində qeydə alınıb. Bir ailənin üzvləri – 50 yaşlı Aynurə Fərzəliyeva, 20 yaşlı Bəhram Xanıyev, 37 yaşlı Fərid Əskərli, 26 yaşlı Aygül Xanızadə və 21 yaşlı Qızbəs Fərzəliyeva rayon xəstəxanasına aparılıblar.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.