Qubada qazilərlə görüş keçirilib. Bu haqda ShimalNews 17 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.

RGİİ rəisi Nəcəf Novruzov “Hüququndan keçən əsgər” istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşüb. Tədbirin əvvəlində bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim Gənclər Fondunun maliyyə dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutub.