Qubanın Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyində məktəblilər üçün qəbul imtahanı təşkil olunacaq. Bu barədə ShimalNews 17 iyul tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

VII, VIII və X siniflər üzrə keçirilən imtahanlar 20 avqust tarixində baş tutacaq. İştirakçılar 18 avqust saat 12:00-dək şəxsiyyətlərini təsdiq edən sənədlə liseyə yaxınlaşa bilərlər.

İmtahan Azad Məmmədov adına 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseydə keçiriləcək.