Qubada zibil poliqonuna atılan tullantılar natəmizlik yaradır. Bu barədə ShimalNews 17 avqust tarixində Den.az-a istinadən məlumat verir.
Dəvədabanı yaşayış massivindən təxminən 500 m aralıda poliqon yerləşir. Burada tullantıların çox olması səbəbindən və ərazidən daşınmadığına görə antisanitar vəziyyət yaranıb.
Məsələ ilə bağlı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi açıqlama verib. O bildirir ki, məişət tullantıları vaxtaşırı poliqondan çıxarılır.
Poliqonda çəkilən şəkilləri təqdim edirik: