İsmayıllıda icra başçısı Nahid Bağırov növbəti səyyar qəbul keçirib. Bu barədə ShimalNews 17 avqust tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Pirəbülqasım kəndində təşkil edilib. Burada dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Daha sonra kəndin ağsaqqalı, Azərbaycanın elm sahəsində öz sözünü demiş, filologiya üzrə fəlsəfə doktoru Ağahəsən Bədəlzadə ziyarət edilib, onun qayğıları öyrənilib.