İsmayıllı RİH başçısı Nahid Bağırov rayon sakinlərini qəbul edib. Bu barədə ShimalNews 17 avqust tarixində məlumat verir.

Görüşdə idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Onlar vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olublar. Qəbulda qaldırılan müraciət və təkliflər dinlənilib və məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.