İsmayıllıda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 17 avqust tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

Monitorinq zamanı şəhərin Cavanşir küçəsindəki Rəfael Salmanova məxsus və M.Şəhriyar küçəsində yerləşən Anar Baxşəliyevə məxsus müəssisələrdə qayda pozuntuları aşkar edilib. Onların barələrində inzibati protokol tərtib edilib.