Xaçmazın icra başçısı Elnur Rzayev vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib. Bu haqda ShimalNews 16 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Sakinlər işlə təmin olunma, qeyri-yaşayış sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və digər məsələləri qaldırıblar.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.