Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt-Quba şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu barədə ShimalNews 16 avqust tarixində agentliyə istinadən məlumat verir.
Müsabiqədə iştirak üçün sənədlər 14 sentyabr saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) qəbul ediləcək.
Şərtlərə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Sumqayıt-Quba-Sumqayıt istiqamətində 2 müntəzəm avtobus marşrutu üzrə hərəsində 1 Lot üzrə baxılacaq. Onların qrafikləri aşağıda göstərilib.
- Sumqayıtdan 08:45 – Qubadan 12:50;
- Sumqayıtdan 13:00 – Qubadan 09:00.