Qusardan olan yeniyetmələrə proqramlaşdırma haqqında infosessiya keçirilib. Bu haqda ShimalNews 16 avqust tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən məlumat verir.
“Full stack” təlimi haqqında məlumatlandırıcı sessiya “Technest” təqaüd proqramı çərçivəsində baş tutub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və “Coders Azerbaijan” Təhsil mərkəzinin birgə iştirakı ilə təşkil olunub. Burada məqsəd gənclərin İT sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.
“Full stack” – veb proqramlaşdırma üçün lazım olan texnologiyaların toplusudur.