Qubada yoqa həvəskarları üçün açıq səma altında tədbir təşkil olunacaq. Bu barədə ShimalNews 16 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.

Sessiya 19 avqust tarixində saat 09:30-da Xanəgah kəndi və şəlaləsinin ətrafında (Şahdağ Milli Parkının Quba bölməsi) keçiriləcək. Burada “Yoga Shahi” studiyasının təcrübəli müəllimi Günel Əliyeva yoqa nəfəs texnikası, sağlam həyat tərzi və şəxsi inkişaf mövzularını müzakirə edəcək.

İştirak etmək ödənişsizdir. Bunun üçün link üzrə (https://docs.google.com/…/1mkGCxrusKJpGX9EnMYfNl4X…/edit) qeydiyyatdan keçmək lazımdır. Son müraciət 17 avqust saat 17:00-dır.

Nəqliyyat saat 06:30-da ETSN-nin inzibati binasının qarşısından (K.Kazımzadə küç., 100 a) yola düşəcək.