Quba-Xaçmaz yolundakı yeni körpüdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 16 avqust tarixində Baku.ws-yə istinadən məlumat verir.
Məlumata görə, “Opel” markalı avtomobil beton arakəsməyə çarpılıb. Nəticədə avtomobil yararsız hala düşüb. Əraziyə təcili tibbi yardım cəlb edilib.
Daha öncə adıçəkilən yolda təhlükə olduğu haqda xəbər vermişdik.