Qanunsuz ov edən Quba sakinləri cəzalandırılıblar. Bu haqda ShimalNews 16 avqust tarixində məlumat verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Nəticədə İkrəm Cəfərov və Manaf Ərəbov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.