İsmayıllıda yay tətilindən maksimum yararlanmaq məqsədilə yeniyetmələr üçün düşərgə təşkil edilib. Bu barədə ShimalNews 16 avqust  tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinə istinadən məlumat verir.

Tədbir adıçəkilən komitə və Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən təşkil olunub. Burada məqsəd uşaqların vətənpərvərlik və milli-mənəvi ruhunun formalaşdırılmasıdır.

“Vətəni tanıyaq!” devizli düşərgəyə müharibə iştirakçılarının və şəhidlərin övladları, təlim fəaliyyətində fərqlənən məktəblilər, mərkəz benefisiarları cəlb olunublar. Onlar tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin iştirakı ilə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarda maddi-mədəniyyət nümunələrinin aşkarlanmasının şahidi olublar. Həmin vaxt iki ədəd sikkə tapılıb.

Daha sonra uşaqlar məşhur ağac üzərində oyma ustası Qəhrəman Adıgözəlovun emalatxanasında da olublar.

Sonda iştirakçılara sertifikatlar təltif  edilib.