İsmayıllı Uşaq Kitabxanasında icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi həyata keçirilib. Bu barədə ShimalNews 16 avqust tarixində məlumat verir.

“Sığortalanaq, sağlam olaq” adlı tədbirdə layihə rəhbəri Sveta Rəfiyeva, rayon sakinləri, RİH əməkdaşları və tibb işçiləri iştirak ediblər. İştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Layihənin məqsədi əhalini icbari tibbi sığorta haqqında məlumatlandırmaq, onların sağlamlıqları üçün İTS imkanlarından yararlanmaları üzrə maarifləndirməkdir.