İsmayıllıda icra başçısı Nahid Bağırov növbəti səyyar qəbul keçirib. Bu barədə ShimalNews 16 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Müdrisə kəndində təşkil edilib. Burada dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Vətəndaşları narahat edən məsələlər məsul şəxslərlə birgə araşdırılıb. Qeydiyyat aparıldıqdan sonra həlli üçün müvafiq tapşırıqlar verilib.